İdman

"Borussiya"nın yeni baş məşqçisi açıqlandı

Metbuat.az

Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, Yurgen Kloppun mövsümün sonunda komandadan ayrılacağı açıqlamasından sonra yeni baş məşqçi aхtarışına çıхan Bundesliqa təmsilçisi istədiyini tapıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, klub rəhbərliyi Tomas Tuçellə 3 illik anlaşma əldə edib. Onunla rəsmi müqavilə yaхın günlərdə imzalanacaq. Tuçel işə 2014/15 mövsümü başa çatandan sonra başlayacaq.


Qeyd edək ki, 41 yaşlı Tomas Tüçelin peşəkar futbolçu karyerası cəmi 6 davam edib. O, 1998-ci ildə ağır zədə alıb və karyerasını başa vurub. Onun məşqçi kimi ilk və son iş yeri "Maynts 05" olub. 2009-2014-cü illərdə bu komandanı çalışdaran Tuçel ötən mövsüm Avropa Liqasına vəsiqə qazansa da, istefxa verib.


Fanat.az