Dünya

Boliviyada avtobus dərəyə aşdı: 8 ölü, 20 yaralı

Metbuat.az

Boliviyada avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu İnkisivi əyalətindən Koçabambu şəhərinə yollanırmış.

İlkin ehtimala əsasən, güclü duman olduğundan sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb.