Digər

Bərdədə evə basqın edildi, ev sahibi bıçaqlandı

Metbuat.az

Bərdə rayonunda yaşayış evinə basqın olub. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə ötən gecə saat 3.00 radələrində Türkman kənd sakini

Çingiz Əli oğlu Əliyev

in evində qeydə alınıb.



Çingiz Əliyevin bildirdiyinə görə, evə gələn tanımadığı şəxslər heç nə soruşmadan ona qarşı fiziki zor tətbiq ediblər. Bıçaqla yüngül xəsarətlər yetiriblər. Basqınçılar qaçarkən evdə onlara məxsus gödəkçə və bir ədəd bıçaq da qalıb.



Milli.Az