İdman

“Bavariya”da daha bir itki

Metbuat.az

“Bavariya” klubunun avstriyalı cinah oyunçusu David Alabanın sol dizindən aldığı zədənin ciddi olduğu aşkarlanıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ulduz futbolçu 8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, Alaba, Avstriya ilə Bosniya və Herseqovina komandaları arasında keçirilən oyun zamanı zədələnib. Həmin matç isə 1:1 hesablı bərabərliklə yekunlaşıb.