Digər

Bakıda quldurluq: Hədə ilə kişinin pullarını və bahalı zinət əşyalarını aldılar

Metbuat.az
Bakı sakininə qarşı quldurluq edərək onu soyan 3 nəfər tutulub

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ)

Trend

-ə verilən məlumata görə, aprelin 18-nə keçən gecə Təbriz küçəsində yerləşən "Qarabağ" mehmanxanasının həyətində Bakı şəhər sakini

Tariyel Axundov

u bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyü, boyunbağını, bilərziyini və qol saatını alaraq ona qarşı quldurluq ediblər.



Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluq etməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü

Xanbala Vüqar oğlu Qurbanov

, 1996-cı il təvəllüdlülər

Xəyal Vüqar oğlu Səmədov

Yusif Aslan oğlu Əliyev

tutulublar.



Milli.Az