Digər

Bakıda qız özünü 16-cı mərtəbədən atdı

Metbuat.az

Bu gün səhər saatlarında intihar hadisəsi baş verib.



Hadisə şahidlərinin

anspress

-ə verdikləri məlumata görə, "Həzi Aslanov" metrosu yaxınlığında gənc qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.



Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Şahidlər dəhşətli hadisənin təxminən 15-20 dəqiqə əvvəl olduğunu deyirlər.



Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir.



Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.



Qadının nə səbəbdən intihar etdiyi bilinmir.



Milli.Az