Digər
Anar Məmmədov
Milli.Az
Bakıda məktəblilərinin Whatsapp cinayəti
Azərbaycanda sosial şəbəkələrdə mübahisələr bəzən qanlı cinayətlə bitir. Bu cinayətlər artıq orta məktəblərə də keçib
Milli.Az xəbər verir ki, ötən gün Bakının Nizami rayonunda Whatsapp-da başlayan söhbət qanla bitib. Ən dəhşətlisi isə odur ki, baş vermiş cinayətin iştirakçıları orta məktəb şagirdləridir.
Nizami Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakıdakı 238 saylı orta məktəbin 11-sinif şagirdləri
Elvin Muradovlaonunla paralel sinifdə oxuyan
Rövşən ŞahmarovunWhatsapp-da mübahisələri düşüb. Orada bir-birini söyüblər. Sonra isə gecə saat 1-də görüş təyin ediblər. Rövşən özü ilə bıçaq da götürüb və elə görüşən kimi bıçaqla Elvini yaralayıb.
Nizami RPİ 25-ci polis bölməsi əməkdaşları tərəfindən Rövşən Şahmarov tutulub. Faktla bağlı cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az