Digər
Milli.Az
Milli.Az
Bakıda məktəbdə yanğın
Bakının Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.
Milli.Az
FHN-ə istinadən bildirir ki, qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az