Digər

Bakıda mağazaya basqın edən şəxslər 3 ay sonra tutuldular

Metbuat.az

Bakıda mağazaya basqın edən şəxslər ələ keçdilər. Milli.Az-ın məlumatına görə, həmin şəxslər

Zahid İsmayılov

Elnur Əsədli

dir. Onlar cinayəti bu il yanvarın 12-də Binəqədi rayonu ərazisində törətmişdilər.



Həmin gün mağazaya soxularaq orada satıcı işləyən

Murad Əliyev

ə bıçaqla xəsarət yetirib, sonra isə kassadan 130 manat götürərək qaçmışdılar. Binəqədi polisi uzun sürən axtarışlardan sonra onları tutaraq istintaqa təhvil veriblər.



Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.



Gülər
Milli.Az