Ölkə
Bakıda kibertəhlükəsizlik üzrə konfrans keçiriləcək
Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 13-də Bakıda "ADA" Universitetində "İnformasiya əsrində milli təhlükəsizlik" adlı konfrans keçiriləcək. "Report" xəbər verir ki, konfrans Azərbaycan
Xarici İşlər Nazirliyivə ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi tərəfindən təşkil olunub.
Konfransda "ADA" Universitetinin rektoru
Hafiz Paşayev, ATƏT-in Bakı Ofisinin layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski, Bakıda akkreditasiya olunan bir sıra diplomatik missiya rəhbərlərinin iştirakı gözlənilir. Konfrans iştirakçıları kibertəhlükəsizlik problemləri və kibertəhlükələrə qarşı əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.