Digər
Milli.Az
Bakıda əməliyyatdan çıxan 6 yaşlı uşaq öldü
Qafqazinfo-Bir müddət öncə Bakıda klinikaların birində əməliyyat olunan uşaq ölüb
nun əldə etdiyi məlumata görə, hadisə "Loğman" klinikasında baş verib. Biləcəri qəsəbəsi yeni sahədə yaşayan 2009-cu il təvəllüdlü
Murad Qurbanzadə"Loğman" klinikasında burun-boğaz əməliyyatı olunub.
O, əməliyyatdan sonra evə köçürülüb. Bir həftə sonra evdə burnundan qanaxma başlayıb. Altı yaşlı uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.
Binəqədi Rayon Prokurorluğundan qafqazinfo-ya bildirilib ki, faktla bağlı ekspertizalar təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsində ölümün səbəbi bəlli olduqdan sonra növbəti addımlar atılacaq. Hələ ki, hadisə ilə bağlı cinayət işi açılmayıb.
Milli.Az