İdman
AZƏRTAC
Bakıda boks üzrə “Böyük İpək Yolu” turnirində qaliblər müəyyənləşir
Bakı, 19 aprel,
AZƏRTAC“Baku Crystal Hall”da keçirilən boks üzrə “Böyük İpək Yolu” turniri davam edir.
AZƏRTAC
xəbər verir ki, ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan turnirin beşinci günündə kişilərdə 10, qadınlarda isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşir.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparırlar.