Digər

Bakıda avtobusu arvadının qanına boyayan ər polis nəzarətində

Metbuat.az

Arvadını avtobusda amansızlıqla öldürən qatil ələ keçdi. Hadisə iki gün əvvəl Bakıda 135 saylı avtobusda törədilmişdi. Milli.Az xəbər verir ki, 47 yaşlı

Fatma Şəfiyeva

nı gözlənilmədən, sərnişinlərin gözü qarşısında 53 yaşlı əri

Namiq Məmmədov

bıçaqdan keçirib. Qan içərisində xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. 



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Namiq Məmmədov tutulub. Qətlin qısqanclıqdan törədilməsi ehtimal olunur.



Anar Məmmədov
Milli.Az