Digər

Bakıda ailə dramı: əvvəlcə arvadını, sonra özünü bıçaqladı

Metbuat.az

Suraxanıda ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib.



APA TV

-nin məlumatına görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb.  31 yaşlı

Məhəmməd Əliyev

yaşadığı evdə həyat yoldaşı 23 yaşlı

Ayşən Gülüşova

ilə mübahisə edib. Ailədaxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib.  Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.


 


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.



Milli.Az