İdman

Bakı klubu Puerto Rikoda

Metbuat.az

Aprelin 18-də Puerto Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 13-cü turunun qarşılaşmaları keçiriləcək. Fanat.az xəbər verir ki, “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq. Meydan sahibləri 17 xalla qrupda 6-cı yeri tuturlar.


Komandaların heyətləri artıq məlumdu:


Puerto Rico Hurricanes - Baku Fires


49 kq. Antoni Ortiz - Rəsul Saliyev      

56 kq. Qarsiya Mora - Məhəmməd Qurbanov

64 kq. Karlos Adames - Heybətulla Hacəliyev

75 kq. Ceffri Quillen - Jaba Xositaşvili

91 kq. Rosado Joze - Abdulqadir Abdullayev    


Bu görüşdən sonra iki boksçumuz - Məhəmməd Qurbanov (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Rio de Janeyro Olimpiadasına vəsiqəni rəsmiləşdirə bilərlər. Bu mövsüm ilk görüşünə çıxacaq Mora Qurbanov üçün ciddi rəqib olmamalıdı. 


Fərdi reytinqdə 3-cü yeri tutan Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit sayılır.  Puerto Riko komandasının heyətində iki dominikanlı boksçu - Mora və Adames rinqə çıxacaq. 


“Puerto Rico Hurricanes” 12-ci turda doğma rinqdə “Astana Arlans”a 1:4 hesabı ilə uduzub. Bu həftə B qrupunda  Astana Arlans” səfərdə “Argentina Condors”un qonağı olacaq.  “Caciques Venezuela” doğma divarlar arasında “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə USA “Knockouts”u qəbul edəcək.     



Turnir cədvəli 

1. Astana Arlans - 36 xal (döyüşlərin nəticələri  50-10) 

2. Baku Fires - 26 (40-20) 

3. İtalia Thunder - 23 (36-23)

4. Venezuela Cacquez - 20 (26-34) 

5. USA Knckouts - 17 (26-34) 

6. Puerto Riko Hurricanes 17 (26-34)

7. Rafako Hussars Poland - 12 (22- 38)  

8. Argentina Condors - 4 (13-46) 


Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.


Fanat.az