İdman

"Bakı 2017"nin rəsmi imzalanma mərasimi (FOTO)

Metbuat.az

Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunları - Bakı 2017-yə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.



Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.



IV İslam Həmrəyliyi Oyunlarının Bakıda hələlik 2017-ci ildə təxminən may ayında keçirilməsi planlaşdırılır. Oyunlarda təxminən 19-20 idman növü təmsil olunacaq.



Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddi şəhərində İHİF-in 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul edilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilib.








Mənbə
ANS PRESS