Ölkə

AZƏRTAC ilə İsveçrə Teleqraf Agentliyi arasında əməkdaşlığın qurulması imkanları müzakirə edilib

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrə Teleqraf Agentliyinin (İTA) baş redaktoru Bernard Maysen ilə görüşüb.


Səfirlikdən

AZƏRTAC

-a verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Dövlət İnformasiya Agentliyi (

AZƏRTAC

) ilə İsveçrə Teleqraf Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanlarının araşdırılması ilə bağlı müzakirələrin aparılması olub.


Söhbət zamanı Bernard Maysenə son illər Azərbaycanda keçirilən irimiqyaslı beynəlxalq tədbirlər və onların işıqlandırılması istiqamətində

AZƏRTAC

-ın gördüyü işlər barədə məlumat verilib.

AZƏRTAC

-ın artıq dünyanın 40 ölkəsinin informasiya agentliyi ilə ikitərəfli müqavilələr əsasında əməkdaşlıq etdiyi, , nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunduğu diqqətə çatdırılıb. Gələn il

AZƏRTAC

-ın Dünya Xəbər Agentliklərinin V Konqresinə, eyni zamanda, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edəcəyi vurğulanıb.


Görüşdə bu cür tərəfdaşlıq münasibətlərinin İTA ilə də qurulmasının qarşılıqlı maraqlara xidmət edəcəyi diqqətə çatdırılıb.


B.Maysen İTA-nın İsveçrənin əsas milli xəbər agentliyi olduğunu qeyd edib.


İTA-nın baş direktoru Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq miqyaslı tədbirlərdən xəbərdar olduqlarını,

AZƏRTAC

-ın nümayəndələri ilə müxtəlif beynəlxalq konqres və toplantılarda görüşdüyünü, gələn il Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edəcəyini vurğulayıb.


B.Maysen

AZƏRTAC

ilə xəbərlərin mübadiləsi, jurnalistlərin təkmilləşməsi və məlumatların işlənməsi mexanizmləri barədə təcrübənin bölüşülməsi istiqamətində tərəfdaşlığa hazır olduqlarını qeyd edib. O, bu ilin oktyabr ayında İsveçrədə keçiriləcək parlament seçkiləri ərəfəsində

AZƏRTAC

-dan jurnalistlərin İTA-da bir həftəlik təcrübə keçməsinə şərait yarada biləcəklərini bildirib. Baş redaktor gələn həftə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Sofiyada keçiriləcək konfransı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşüb bu əməkdaşlıq məsələlərini müzakirə edə biləcəyini diqqətə çatdırıb.


Söhbət zamanı

AZƏRTAC

-ın belə tərəfdaşlıq münasibətləri qurulmasına açıq olduğu diqqətə çatdırılıb.