Digər

Azərbaycanlı auditor Avropa Mühasiblər və Auditorlar Federasiyasına üzv seçilib

Metbuat.az

Azərbaycan Auditorlar Palatasının üzvü Afiq İsrafilov Avropa Mühasiblər və Auditorlar Federasiyasının Təhsil üzrə ekspertlər qrupuna üzv seçilib.

Auditorlar Palatasından Lent.az-a verilən məlumata görə, A.İsrafilov, həmçinin “AZAUDİT” MMC-nin idarə heyətinin sədridir.

Qeyd edək ki, Auditorlar Palatası indiyədək Federasiyada Audit qrupunun üzvü İslam Bayramov və Mühasibat qrupunun üzvü Vəli Rəhimov ilə təmsil olunurdu.

Nigar