Ölkə
Azərbaycanın xarici işlər naziri Latviyaya səfərə yola düşüb
Bakı, 14 aprel,
AZƏRTACAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Latviyanın yüksək səviyyəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.