"Azərbaycanda Ronaldunu görmək üçün ağlayırlar"
“Biz Albaniya və Azərbaycan kimi ölkələrə gedəndə, maraqlı mənzərə ilə qarşılaşırıq”.
Apasport.azsaytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin yarımmüdafiəçisi
Tiaqo Mendeşdeyib.
İspaniya mətbuatına danışan “Atletiko”nun futbolçusu yığmada komanda yoldaşı
Kriştianu Ronaldunun ünvanına tərif yağdırıb.
O, bəzi ölkələrdə Ronaldu ilə şəkil çəkdirmək üçün insanların növbəyə durduqlarını bildirib: “Adlarını çəkdiyim ölkələrin hava limanında insanların Ronaldunu görmək üçün necə ağladıqlarını görürük. O, çox böyük futbolçudur. Şübhəsiz ki, millimizin lideri və ən yaxşısıdır. Meydandan kənarda da gülərüz, zarafatcıl insandır. Ronaldu ilə yaxşı dostluğumuz var”.
Qeyd edək ki, Portuqaliya millisi heyətində Kriştianu Ronaldu olduğu vaxtlarda 2 dəfə Azərbaycana səfər edib. “Real”ın “qol maşını” bunların birində meydana çıxıb.
Milli.Az