Digər

Azərbaycanda məktəb direktorunun evindən 28 min dollar oğurlandı

Metbuat.az
Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib

Lənkəran rayonunun Xolmilli kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb.

“Report”

un xəbərinə görə, kənd məktəbinin direktoru

Qasım Əliyev

in evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib.



Lənkəran Şəhər Rayon Polis Şöbəsindən “Report”a fakt təsdiqlənib.



Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.



Milli.Az