İdman

Azərbaycan şahmatçıları 17-ci “Dubay Open” beynəlxalq turnirində liderlik uğrunda mübarizə aparırlar

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Azərbaycan şahmatçıları 17-ci “Dubay Open” beynəlxalq turnirində liderlik uğrunda mübarizə aparırlar.


Azərbaycan Şahmat Federasiyasından

AZƏRTAC

-a bildiriblər ki, turnirin 7-ci turunun oyunları başa çatıb. Bu turda Azərbaycan qrossmeysteri Qədir Hüseynov Latviya təmsilçisi İqor Kovalenko üzərində qələbə qazanaraq xallarını 5,5-ə çatdırıb. Eltac Səfərli Hindistan şahmatçısı Qabor Papp, Zaur Məmmədov isə venesuelalı Bonelli Eduardo İturrizaqa üzərində qələbə qazanıblar.


Xəyalə Abdulla və Nail Bəşirli isə Hindistan şahmatçıları İnakio Rodriqesi və Amruta Sunil Mokalı məğlub ediblər. Zeynəb Məmmədyarova iordaniyalı Ahməd Al Katiblə xalları yarı bölüb. Günay Məmmədzadə və Nərmin Məmmədova isə məğlub olublar.


Beləliklə, 7 turdan sonra Qədir Hüseynov, Eltac Səfərli və Zaur Məmmədov 5,5 xalla liderlərdən yarım xal geri qalırlar. Nail Bəşirli, Xəyalə Abdulla və Günay Məmmədzadə 3,5, Zeynəb Məmmədyarova və Nərmin Məmmədova 3 xal toplayıblar.


Turnirin liderləri 7 oyundan 6 xal toplayan rusiyalı Vladimir Fedoseyev və ABŞ şahmatçısı Aleksandr Şabalovdur.