Ölkə
Azərbaycan ərazisində “quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək
Bakı, 18 aprel,
AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) “quş qripi” xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayır və ardıcıl olaraq monitorinqlər aparır.
DBNX-nin mətbuat mərkəzindən
AZƏRTAC-a bildiriblər ki, quşların miqrasiyası nəzərə alınaraq növbəti monitorinqin mayın 4-də keçirilməsi nəzərdə tutulub.
Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.