Ölkə

Azərbaycan alimi Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə çıxış edib

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada Herontoloqların Birinci Avrasiya Konqresi keçirilib.


Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)

AZƏRTAC

-a bildirilib ki, Rusiya, ABŞ, Belarus, Ukrayna, Azərbaycan, Koreya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbirdə insan ömrünün uzadılması və sağlam uzunömürlülüyün tibbi-bioloji aspektləri müzakirə olunub.


Plenar iclasda AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova “Azərbaycanda herontoloji tədqiqatlar: müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.