Digər

AŞ PA həmməruzəçisinin Bakıya səfəri təxirə salındı

Metbuat.az

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi

Pedro Aqramunt

un Bakıya səfəri gözlənilmədən təxirə salınıb.



Trend

-in məlumatına görə, bu barədə AŞ PA-nın Twitter-dəki səhifəsində qeyd olunur.



Səfər aprelin 8-9-na planlaşdırılmışdı.



Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri

Tadeuş İvinski

və Pedro Aqramunt sonuncu dəfə bu il 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Səfərin məqsədi noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyəti müzakirə etmək olub.



Milli.Az