Dünya

Amerikalı qadın məktəb təhsilini 103 yaşında başa vurub

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

ABŞ-ın Mari Xant adlı qadın sakini orta məktəbi bitirdiyi barədə diplomu 103 yaşında alıb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Mari Xant 90 il bundan əvvəl bacı və qardaşlarına baxmaq üçün məktəbi tərk etmək məcburiyyətində qalıb. Viskonsin ştatının sakini 103 yaşlı Mari Xant hər zaman təhsilini başa vurmaq arzusu ilə yaşadığını və bu arzusuna az qala bir əsr sonra çatdığını deyib.


Sevincini gizlətməyən qadın bundan sonra kollecə qəbul olmaq barədə fikirləşdiyini də bildirib.