Ölkə

Ağcabədidə müxtəlif növ ağac cinslərindən ibarət meşə tingliyi sahəsi yaradılır

Metbuat.az

Ağcabədi, 14 aprel, Tahir Ağaməmmədov,

AZƏRTAC

Ağcabədi rayonunda müxtəlif növ ağac cinslərindən ibarət tinglik səpini həyata keçirilir.


Rayonun regional meşə tingliyi mərkəzinin direktor əvəzi Cahid Məmmədov

AZƏRTAC

-a bildirib ki, yaz mövsümündə 6 hektar sahədə şum aparılıb, 0,5 hektarda Eldar şamı, Şərq çinarı, sərv və tuya cinslərindən ibarət tinglik səpilib. Kökləndirmək üçün 1 hektarda 50 min nar çiliyi basdırılıb, 2 hektarda (80 min ədəd) böyütmə sahəsi yaradılıb, 50 kiloqram toxum tədarük edilib.


İlin sonunadək ümumilikdə 4 hektarda toxum səpini, 6 hektarda böyütmə, 1 hektarda kökləndirmə sahəsinin yaradılması nəzərdə tutulub. Yetişdirilən əkin materialları yaşıllıq zolaqlarının, yeni meşələrin salınmasında istifadə olunacaq.