Dünya

5 maşın toqquşdu, 11 nəfər öldü

Metbuat.az

Kolumbiyanın Meta departamentində baş vermiş ağır yol qəzası nəticəsində 11 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  NTN24 məlumat yayıb.

Qəza nəticəsində daha 8 nəfər xəsarət alıb.

Məlumata görə, qoşqulu yük maşını, avtobus və 3 minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəzaya səbəb yük maşının əyləc sistemində yaranmış nasazlıq olub.