Digər

23 yaşlı gənc bibisi qızını bıçaqladı

Metbuat.az

İmişlidə 23 yaşlı gənc bibisi qızını öldürüb.



İmişli rayon prokurorunun köməkçisi

İsgəndər Cabbarov

un

anspress

-ə verdiyi məlumata görə, hadisə dünən günorta 14 radələrində rayonun Qaragüvənlikli kəndində qeydə alınıb.



Kənd sakini, 1992-ci il təvəllüdlü

Vüsal Atamoğlan oğlu Tağıyev

ailə münaqişəsi zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü

Emilya Bahadır qızı Hüseynova

nı kürək nahiyəsindən bıçaqlayıb.



Qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.



Hadisəni törədən Vüsal Tağıyev həbs edilib.



Fakta bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.



Milli.Az