İdman
Zidan hədəfini açıqladı
Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan hədəfini açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "AS" qəzetinə danışan Zidan gələcəkdə Fransa yığmasını çalışdırmaq istədiyini bildirib:
"Hədəfim gələcəkdə Fransa millisini çalışdırmaqdır. Bunun nə zaman həyata keçəcəyini söyləmək çətindir. Ancaq mənim vaxtım var və buna nail olacağıma inanıram".
Qeyd edək ki, Zidan hazırda "Real"ın ikinci komandası "Kastilya"nı çalışdırır.
Milli.Az
Milli.Az