Digər
Milli.Az
Zakir Həsənov Xorvatiya prezidenti ilə görüşdü- FOTO
Azərbaycan Respublikasının müdafiə naziri Xorvatiyanın prezidenti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Trend-ə bildiriblər ki, martın 11-də müdafiə naziri general-polkovnik
Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım
Kolinda Qrabar-Kitaroviçqəbul edib.
Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.
Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az