Digər

Yevlaxda yük və minik maşınları toqquşdu: yaralılar var

Metbuat.az

Bu gün Bakı-Qazax magistral yolunun 301-ci kilometrliyində, Yevlax rayonu ərazisində avtomobil qəzası baş verib.



Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, Bərdə rayon sakini

Nurəddin Məhəmməd oğlu Əzimov

un idarə etdiyi “İsuzu” markalı yük maşını və Ucar rayon sakini

Ceyhun İsmayılov

un idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Bu zaman  “VAZ 2106” yararsız vəziyyətə düşüb. Həmin avtomobildə olan sərnişinlər, Ucar rayon sakinləri

Şəlalə Feruz qızı İsmayılova, Telli Musa qızı Atayeva

Vaqif Soltanəli oğlu Atayev

xəsarət  alıblar. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.



Milli.Az