Ölkə

YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

 


Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.


Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Afət Cabbarova, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, icra hakimiyyətinin məsul işçiləri, şəhərin fəal gəncləri, ziyalılar iştirak ediblər.


Naftalan Şəhər İcra Hakimiyyətindən

AZƏRTAC

-a bildiriblər ki, tədbiri açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev dövlət gənclər siyasətindən, respublikada eləcə də şəhərdə aparılan quruculuq-abadlıq işlərindən, gənclərin şəhərin sosial-iqtisadi və mədəni həyatında iştirakından danışıb.


Daha sonra Gənclər Birliyinin sədri Aynurə Novruzova hesabat məruzəsi ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu nəticələrindən söz açıb. Qeyd edilib ki, YAP Naftalan şəhər təşkilatının Gənclər Birliyi 1995-ci ildə təsis olunub. Bu gün şəhər partiya təşkilatının 1146 nəfər üzvündən 377 nəfəri gənclərdir.


Tədbir iştirakçıları YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.


Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.