Digər

Xırdalandakı silahlı insidentin TƏFƏRRÜATLARI

Metbuat.az
Hadisə vaxtı bacısını güllələyən qardaş sərxoş vəziyyətdə olub

Abşeron rayonu Xırdalan şəhərində bacısını güllələyən şəxs istintaqa ifadə verib və hadisənin təfərrüatlarına aydınlıq gətirib.



"Report"

un məlumatına görə, 1965-ci il təvəllüdlü

Lətifova Aybəniz İmranəli qızı

nı güllələyən, 1963-cü il təvəllüdlü

Abduləliyev Nadir İmranəli oğlu

bacısını əxlaqsızlıqda ittiham edərək ona ov tüfəngi ilə atəş açdığını bildirib. Hadisə isə Xırdalan şəhərində yerləşən banklardan birinin qarşısında olub. Belə ki, hadisədən əvvəl A.Lətifova qardaşı N.Abduləliyevi banka çağıraraq ona kredit götürdüyünü və zamin durmasını xahiş edib. Çağırılan yerə sərxoş vəziyyətdə gələn N.Abduləliyev üzərində gəzdirdiyi lüləsi kəsik ov tüfəngi ilə bacısına iki dəfə atəş açıb. Hadisədən sonra N.Abduləliyev polislər tərəfindən saxlanılıb.



Qeyd edək ki, N.Abduləliyev və zərərçəkən A.Lətifova bacı-qardaş olmaqla bərabər,  həm də qudadılar.



Milli.Az