İdman
Xavi seçimini etdi
Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir Məftun Salmanov/
İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Xavi bu mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə Trend “El Mundo Deportivo”ya istinadən məlumat verir.
İspaniyalı Qətər çempionatının öndə gedən klublarından birinin təklifini qəbul edib.
Xavinin transferinin şərtləri hələ məlum deyil. Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2016-cı ildə başa çatır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az