Dünya

Üsyançıların əvəzinə qaçqınları qırdılar

Metbuat.az

Koalisiya qüvvələrinin Yəmənin şimalında yerləşən qaçqın düşərgəsinə endirdiyi  hava zərbələri nəticəsində 40 nəfər ölüb.

APA

-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yəmənin Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.  


 


Məlumata görə, Xarad rayonunda yerləşən qaçqın  düşərgəsinə, ümumilikdə, dörd zərbə endirilib. İnsident nəticəsində azı 250 nəfər yaralanıb.


 


Hücumun hədəfinin yaxınlıqdakı hərbi obyekt olduğu ehtimal edilir. 


 


Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.



Milli.Az