“Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində “Twitter” müsabiqəsi elan edilib
Bakı, 12 mart,
AZƏRTAC“Nar Mobile” cəmiyyətimizdə kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə “Ürəklə al, çox oxu” kampaniyası keçirir.
Şirkətdən
AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində “Ali & Nino” şəbəkəsinə daxil olan mağazalardan istənilən kitabı 25 faiz, 30 faiz və ya 40 faiz endirimlə əldə etmək mümkündür. Bunun üçün “S”, “M” və ya “L” Nar Turbo internet paketlərindən birini əldə etmək kifayətdir. “Nar Mobile”, eyni zamanda “Twitter” sosial şəbəkəsində də müsabiqə keçirmək qərarına gəlib.
İndi azərbaycanlı “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar Mobile”ın “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edə bilərlər. Tvit yazarkən, #NarlaOxu haşteqindan istifadə edilməlidir, eyni zamanda, kitab haqqında tvitlə bərabər kitabın fotosunu da yükləmək olar. Müsabiqədə bütün mobil operatorların istifadəçiləri iştirak edə bilərlər.
Qaliblər tvitləri ən çox retvit toplamış istifadəçilər arasından seçiləcək. Müsabiqənin qalibinə “Amazon Kindle Voyage”, 2-ci yeri tutan iştirakçıya “Amazon Kindle Fire HD 7”, üçüncü yerin sahibinə isə “Amazon Paperwhite” təqdim olunacaq. 4-cü və 5-ci yerləri tutan şəxslərin hər birinə “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 AZN dəyərində hədiyyə kuponu veriləcək.
Müsabiqə martın 11-dən aprelin 1-dək davam edəcək.