İdman

UEFA Avroliqanın 1/4 finalçısını cərimələdi

Metbuat.az

UEFA İtaliyanın "Napoli” klubunu cərimələyib.



ANS PRESS-in məlumatına görə, buna səbəb Avropa Liqasının 1/16 final mərhələsində "Trabzonspor”la Neapolda keçirilən qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsidir.



"Napoli”nin 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada baş verənlərə görə klub rəhbərliyi 60 min avro cərimə ödəməli olacaq.



Qeyd edək ki, Avroliqanın ¼ finalına vəsiqə qazanan "Napoli” klubu yarımfinala çıxmaq üçün "Volfsburq”u mübarizədən kənarlaşdırmalıdır.


Mənbə
ANS PRESS