Dünya

Türkiyənin Şanlıurfa vilayətində üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 13 nəfər ölüb

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Türkiyənin Şanlıurfa vilayətində minik avtomobilinin, beton qarışdıran maşının və mikroavtobusun toqquşması nəticəsində aralarında uşaqların da olduğu 13 nəfər ölüb, 9 nəfər isə yaralanıb.


AZƏRTAC

Türkiyənin Anadolu Agentliyinə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti mikroavtobusun sərnişinləri olan Suriya vətəndaşlarıdır. Yaralılar Şanlıurfadakı xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.


Yol-nəqliyyat hadisəsinə yağış və qatı dumanın səbəb olduğu ehtimal edilir. Qəza ilə əlaqədar təxminən üç saat ərzində hərəkət üçün bağlı qalan yol həmin nəqliyyat vasitələrinin götürülməsindən sonra açılıb.