İdman

Türkiyə qələbəni əldən verdi, Belçikadan darmadağın

Metbuat.az

AVRO-2016-nın seçmə mərhələsində V turun oyunları davam edir. ANS PRESS-in "Apasport"a istinadən məlumatına görə, millimizin qrupu ilə yanaşı, daha 6 qarşılaşma baş tutub.



Turun ikinci günü qonşu Türkiyə yığması çətin sınaq qarşısına çıxıb. “Ay-ulduzlular” səfərdə Hollandiya ilə görüşüb. 37-ci dəqiqədə Burak Yılmazın qolu ilə fasiləyə üstün yollanan Fatih Terimin yetirmələri son dəqiqələrdə qələbəni əldən verib. 90+3-cü dəqiəqədə “Qalatasaray”ın futbolçusu Uesli Sneyder komandasını məğlubiyyətdən xilas edib – 1:1.



B qrupunda tura liderlərin dueli ilə start verilib. Belə ki, İsrail Uelsi sınağa çəkib. Qonaqlar 0:3 hesabı ilə qalib gəlib.



Seçmə mərhələyə uğursuz başlayan Bosniya və Herseqovina səfərdə Andorranın qonağı olub. Bu dəfə də qonaqlar eyni hesabla meydan sahiblərini üstələyib – 0:3.



Evdə Kiprlə münasibətərinə aydınlıq gətirən Belçika isə darmadağınlı qələbəyə sevinib. Matç 4:0 hesabı ilə belçikalıların qalibiyyəti ilə başa çatıb.



Qeyd edək ki, H qrupunda yer alan millimiz Bakıda Maltaya 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın rəqibləri Xorvatiya Norveçi darmadağın edib (5:1), İtaliya Bolqarıstanla “sülh bağlayıb” – 2:2.




28 mart


“Avro-2016”nın seçmə mərhələsi, V tur



A qrupu



Qazaxıstan - İslandiya - 0:3


Qollar: Qudyonsen, 20 (0:1), Bjarnason, 32 (0:2), 90+1 (0:3)



Çexiya - Latviya - 1:1


Qollar: Visnakovs, 30 (0:1), Pilar, 90 (1:1)



Hollandiya - Türkiyə - 1:1


Qollar: B.Yılmaz, 37 (0:1), Sneyder, 90+2 (1:1)




B qrupu



İsrail - Uels - 0:3


Qollar: Remsi, 45+1 (0:1), Beyl, 50 (0:2), 77 (0:3)



Andorra - Bosniya və Herseqovina - 0:3


Qollar: Dzeko, 13, 49, 62 (0:3)



Belçika - Kipr - 5:0


Qollar: Fellaini, 21 (1:0), Benteke, 35 (2:0), Fellaini, 66 (3:0), Hazard, 67 (4:0), Batşuayi, 80 (5:0)

Mənbə
ANS PRESS