İdman
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
Qadın voleybolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi
Massimo Barbolinikomandadan ayrılıb.
Apasport.azsaytının məlumatına görə, Türkiyə Voleybol Federasiyası italiyalı mütəxəssislə müqaviləni qarşılıqlı şəkildə pozub.
Buna baxmayaraq, Barbolini qonşu ölkədə işini davam etdirəcək. “Qalatasaray”ı CEV kubokunun yarımfinalına yüksəldən italiyalı bu klubu ən azı mövsümün sonuna çalışdıracaq.
“Ay-ulduzlular”ın baş məşqçisi postundan ayrılan Barbolininin iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına Polşa yığmasının “sükanı” arxasında qatılacağı istisna olunmur. Onun danışıqlar apardığı polşalılarla müqaviləsini rəsmiləşdirməsi gözlənilir.
Qeyd edək ki, Bakı-2015-də həm Türkiyə, həm də Polşa Azərbaycan millisi ilə birgə A qrupunda yer alıb.
Milli.Az
Milli.Az