Digər
Milli.Az
Tovuzda mikroavtobus aşdı: 6 yaralı - FOTO
Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Tovuzda traktorla mikroavtobus toqquşub. Qəzada 6 nəfər xəsarət alıb.
Tovuz rayonunun girişində Aşağı Quşçu kənd sakini
Vüqar Bayramovun idarə etdiyi traktorla Bozalqanlı sakini
Mirzə Abbasovun sürücüsü olduğu "Mercedes-Sprinter" toqquşub. Qəza miktoavtobus ötmə əməliyyatını həyata keçirən zaman baş verib. Nəticədə sərnişindaşıyan mikroavtobus aşıb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəsətəxanadan verilən məlumata görə, yaralılardan 4-nün xəsarətləri yüngül olduğundan ambulator müayinə olunaraq evə buraxılıb. Digər iki nəfər -
Mirzə Abbasovvə
Səlmi Şirinovanın vəziyyətini isə həkimlər kafi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az