Ölkə
Tovuz rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi profilaktiki tədbirlər görülür
Tovuz, 29 mart,
AZƏRTACTovuz rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən
AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-fevral aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 10 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 3 baş iribuynuzlu və 5 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxmuş heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.