Dünya

Tailandda iki sərnişin qatarı toqquşub

Metbuat.az

Bakı, 27 mart,

AZƏRTAC

Ötən gün axşam Taılandın mərkəzi hissəsində iki sərnişin qatarı toqquşub. Bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəza nəticəsində azı 50 nəfər xəsarət alıb. Onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.


AZƏRTAC

xarici KİV-ə istinadla xəbər verir ki, xəsarət alanlar arasında ABŞ və Cənubi Koreya vətəndaşları da var. Xilasedicilər hadisə yerində işləməkdə davam edir, dağıntılar arasında insanların qalıb-qalmadığını aydınlaşdırırlar.