Ölkə

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Metbuat.az

Sumqayıt, 27 mart,

AZƏRTAC

Sumqayıt şəhərində mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Fövqəladə Hallar Nazirliyinın (FHN) mətbuat xidmətindən

AZƏRTAC

–a bildirilib ki, qurumun müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq zərərçəkmişi xilas edib və aidiyyəti üzrə təhvil veriblər.