Ölkə
Sumqayıt və Zaqatalada istehlakçıların qiymətdə aldadılmasının qarşısı alınıb
Bakı, 11 mart,
AZƏRTACİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, regionlarda da davam etdirilir.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində D.İsmayılova məxsus “Elmar” marketdə, eləcə də Zaqatala şəhəri, F.Əmirov küçəsində “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə aparılan yoxlamalar zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla, istehlakçıların aldadıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.