Digər

Sumqayıt sakini işıq dirəyinə çıxaraq intihar etmək istəyib

Metbuat.az

[ 23 Mart 2015 13:18 ]



Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Yaşar Məmmədtağı oğlu Muradov işıq dirəyinə çıxaraq özünü atacağını bildirib.

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.