Digər
Milli.Az
Şəmkirdə "06" aşaraq yolun kənarına düşdü
Bu gün saat 9.30 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonun Sabirkənd ərazisindən keçən hissəsində iki maşın toqquşub.
Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir sakini
Ayaz Namazovidarə etdiyi “VAZ 2106” markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən arxada eyni istiqamətdə yol alan
Məmməd Vəliyevidarə etdiyi "Ford" markalı avtomobillə “VAZ”ı vurub.
Nəticədə Ayaz Namazova məxsus “VAZ 2106” yolun hərəkət hissəsindən çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, amma hər iki avromobilə ciddi ziyan dəyib. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının ərazi üzrə inspektorları qəzanın səbəblərini araşdırırlar.
Milli.Az