Digər

Şəkidə yük və minik maşınları toqquşdu, yaralı var

Metbuat.az

Kanal S (Region TV) xəbər verir ki, Şəkidə yol nəqliyyat hadisəsi baş verib. Rayonun Aşıq Cuma küçəsində

Vəliyəddin Musayev

in idarə etdiyi "Qazel" markalı yük maşını dönmə əməliyyatını yerinə yetirərkən, eyni istiqamətdə hərəkətdə olan,

Vüqar Babayev

ə məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.



Hadisədə sürücülərdən heç biri xəsarət almasa da, "Jiquli"nin sərnişini, Şəkinin Çapağan kənd sakini

Məmməd Hacıağayev

xəsarət alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.



Milli.Az