Digər
Milli.Az
Şəkidə arvad ərini bıçaqladı
Kanal S (Region TV) xəbər verir ki, Şəkidə bıçaqlanma hadisəsi baş verib. Qadın ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayıb.
Bıçaqlanma hadisəsi Şəkinin Lev Tolstoy küçəsi, ev 25 ünvanında qeydə alınıb. 1979-cu il təvəllüdlü
Zaur İsmayılovla həyat yoldaşı, 1983-cü il təvəllüdlü
Günel İsmayılovaarasında mübahisə yaranıb.
Bu zaman söhbətə qadının qohumu, 1986-cı il təvəllüdlü
Sevda Mirzəyevamüdaxilə edib. Mübahisə getdikcə böyüyüb və münaqişəyə çevrilib. Zaur hər iki qadına yüngül xəsarət yetirib. Bu zaman əsəblərinə hakim ola bilməyən Günel bıçağa əl atıb və ərinə bir neçə xəsarət yetirib. Zaur İsmayılov yaralı vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Milli.Az